Vətənim Media xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakından İrəvana uçan təyyarəsi Gürcüstanın hava məkanından keçib. Bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Airbus A350-900 təyyarəsinin marşrutu Flightradar24 platformasında əks olunub. Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub. O, bu gün İrəvanda Ermənistan rəhbərliyi ilə görüşəcək.
Əsas mənbə: APA
