AVRO-2028-in seçmə mərhələsinin püşkatmasında 54 komanda olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
AVRO-2028-in seçmə mərhələsinin püşkatmasında 54 komanda olacaq

Vətənim Media xəbər verir ki, Rusiya millisi 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına daxil edilməyib. “Sport-Express” nəşri bu barədə UEFA-nın baş katibi Teodor Teodoridisin təşkilat üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Püşkatma dekabrın 6-da Belfastda keçiriləcək və 55 yox, 54 milli komanda iştirak edəcək. Komandalar Millətlər Liqasının noyabrın 17-nə olan reytinqinə əsasən səbətlərə bölünəcək, nəticədə 12 qrup yaradılacaq.

AVRO-2028 İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Turnirin 9 iyun–9 iyul 2028-ci il tarixlərində təşkili planlaşdırılır. UEFA və FIFA 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları ilə əlaqədar ölkənin milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗