Şuşa İƏT-in turizm paytaxtı statusunu Pakistana təhvil verdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şuşa İƏT-in turizm paytaxtı statusunu Pakistana təhvil verdi

Vətənim Media xəbər verir ki, noyabrın 18-də Şuşada şəhərin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı seçilməsi ilə bağlı tədbirlərin yekunlarına həsr olunan bağlanış mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, mərasimdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanıstanın nümayəndə heyətləri iştirak ediblər.

Bağlanış tədbirində İƏT-ə üzv ölkələrin turizm imkanlarını və mədəni irsini təqdim edən sərgi, eləcə də Şuşanın il ərzində ev sahibliyi etdiyi tədbirlər barədə təqdimat nümayiş olunub. Şuşanın turizm paytaxtı statusu başa çatıb, 2027-ci il üçün titul Pakistanın Lahor şəhərinə verilib. Mərasim konsert proqramı ilə yekunlaşıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗