Vətənim Media xəbər verir ki, Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Nazirlər Kabinetinin APA-ya verdiyi məlumata görə, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafını vurğulayıblar.
Görüşdə oktyabrın 30-da keçirilən Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası və ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi əlaqələr, investisiya, nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq müzakirə olunub.
Əsas mənbə: APA
