Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünə dəyişiklik edib.
Dəyişikliyə əsasən, dünya əhəmiyyətli abidələr siyahısında Azıx və Tağlar mağara düşərgələrinin yerləşdiyi ərazilər Füzuli rayonu əvəzinə Xocavənd rayonu kimi göstərilib. Ölkə əhəmiyyətli abidələr siyahısına Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq, Qubadakı 1918-ci il kütləvi məzarlığı, həmçinin Astara rayonunun Alaşa kəndindəki Əlişa qala kompleksi əlavə olunub.
Əsas mənbə: APA
