Şəmkirdə abortdan sonra halı ağırlaşan qadın xəstəxanada ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şəmkirdə abortdan sonra halı ağırlaşan qadın xəstəxanada ölüb

Vətənim Media xəbər verir ki, TƏBİB-in APA-ya bildirdiyinə görə, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB qadının özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyətinin ağırlaşdığını bildirib. Hadisə ilə bağlı araşdırma aparılır və nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗