Vətənim Media xəbər verir ki, Danimarka Avropa İttifaqına üzv ölkələrdən Rusiya vətəndaşlarına turist vizası verməyi dayandırmağı təklif edib. Kopenhagen, həmçinin biometrik olmayan Rusiya pasportlarının tanınmasına son qoyulmasını istəyir.
APA-nın məlumatına görə, Danimarka bu təklifləri noyabrın 23-də Brüsseldə keçiriləcək Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında təqdim edəcək.
Əsas mənbə: APA
