Ramazan Əhmədov gümüş, Davud Namazlı bürünc medal qazandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ramazan Əhmədov gümüş, Davud Namazlı bürünc medal qazandı

Vətənim Media xəbər verir ki, Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal qazanıb. +100 kq çəki dərəcəsində yarışan Ramazan Əhmədov finalda Türkiyə təmsilçisi İbrahim Tataroğluna uduzaraq gümüş medala layiq görülüb.

100 kq-da mübarizə aparan Davud Namazlı isə təsəlliverici görüşdə fransalı Qaya Sonntaqa, daha sonra bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Nikoloz Zaalişviliyə qalib gəlib. O, mundialı üçüncü yerdə başa vurub. Azərbaycan millisinin bu çempionatdakı əvvəlki medalını 66 kq-da Məhəmməd Musayev qazanmışdı.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗