Sabirabadda qaçırıldığı bildirilən azyaşlılar tapılaraq ailələrinə təhvil verilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sabirabadda qaçırıldığı bildirilən azyaşlılar tapılaraq ailələrinə təhvil verilib

Vətənim Media xəbər verir ki, Sabirabad rayonunda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qız və oğlanın yeri müəyyənləşib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qızın atası noyabrın 19-da polisə müraciət edib.

Polis əməkdaşları Cavad kəndi ərazisində tapılan qızla oğlanı valideynlərinə təhvil veriblər. Oğlan 2009-cu, qız isə 2011-ci il təvəllüdlüdür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗