Vətənim Media xəbər verir ki, Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətindəki tuneldə su boruları partlayıb. APA-nın məlumatına görə, borulardan tunelə fasiləsiz su axır.
Yolun hərəkət hissəsi islanaraq sürüşkənləşib, görmə məsafəsi azalıb. Bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkəti çətinləşib. Sürücülərə ərazidən keçərkən diqqətli olmaq tövsiyə edilir.
Əsas mənbə: APA
