Xaçmaz-Quba yolundakı qəzada 7 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xaçmaz-Quba yolundakı qəzada 7 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır

Vətənim Media xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisində iki avtomobil toqquşub. APA-nın Şimal bürosunun məlumatına görə, qəza axşam saatlarında “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin iştirakı ilə baş verib.

“VAZ-21099”da olan sürücü və altı sərnişin xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Sərnişinlərin Əbilyataq kəndindən olan bir ailənin üzvləri — ata, ana və dörd qız övladı olduğu bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗