Vətənim Media xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında ölkədə iki İtaliya arxeoloji missiyasının fəaliyyət göstərdiyini bildirib.
Tayani mədəni əlaqələrin universitetlərlə məhdudlaşmamasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İtaliya universiteti bu ərazidə minilliklər boyu yaşamış insanların tarixinin və maddi-mədəni irsinin öyrənilməsinə töhfə verməkdə maraqlıdır; italiyalı arxeoloqlar missiyalarda iştirak etməyə hazırdırlar.
Əsas mənbə: APA
