Vətənim Media xəbər verir ki, APA-nın Çexiya Televiziyasına istinadən yaydığı məlumata görə, Çexiya Beynəlxalq İnvestisiya Bankından 900 milyon kronun — təxminən 40 milyon dolların — qaytarılmasını beynəlxalq arbitrajda tələb etməyə hazırlaşır.
Bankın Çexiya qarşısında bu məbləğdə maliyyə öhdəliyi olduğu bildirilir. Arbitraj prosesində Çexiyanın maraqlarını “Bredin Prat SAS” hüquq şirkəti təmsil edəcək. Çexiya 2023-cü ilin əvvəlində Beynəlxalq İnvestisiya Bankından və Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankından çıxıb.
Əsas mənbə: APA
