Vətənim Media xəbər verir ki, məhkəmə əmri haqqında ərizənin verilməsi üçün dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi təklif edilir. Dəyişiklik “Dövlət rüsumu haqqında” qanuna təkliflər paketində yer alıb və Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklifə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə rüsum iddianın ümumi məbləğindən deyil, yalnız mübahisələndirilən hissəsindən hesablanacaq. APA-nın məlumatına görə, qüvvədə olan qaydada bu şikayətlər üçün rüsum müvafiq iddialar üzrə müəyyən edilmiş məbləğin 50 faizi qədərdir.
Əsas mənbə: APA
