Bakıda və Abşeronda cənub-qərb küləyinin sürəti 24 m/s-dək çatıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda və Abşeronda cənub-qərb küləyinin sürəti 24 m/s-dək çatıb

Vətənim Media xəbər verir ki, noyabrın 24-ü saat 19:00-a olan məlumata görə, ölkənin bəzi ərazilərində küləkli hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 24 metrə çatıb. Kəlbəcər və Şahdağda sürət 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda isə 17 metrədək olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗