Vətənim Media xəbər verir ki, Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisində piyadanı vuraraq hadisə yerindən uzaqlaşan sürücü polis əməkdaşları tərəfindən tapılıb və istintaqa təhvil verilib.
APA-nın Şimal bürosunun məlumatına görə, V. Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1966-cı il təvəllüdlü Rəna Eynulla qızı Orucovanı vurub. Ağır xəsarət alan qadın təcili tibbi yardım gələnədək hadisə yerində ölüb.
Əsas mənbə: APA
