Vətənim Media xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın TRIPP layihəsi ilə bağlı mütəmadi məlumat aldığını bildirib. APA-nın məlumatına görə, nazir bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Bayramovun sözlərinə görə, Ermənistan ərazisinin 42 kilometrlik hissəsindən keçən layihə üzrə ABŞ və Ermənistan arasında bir il ərzində danışıqlar aparılıb. O, layihənin qısa müddətdə başa çatmasını arzuladığını bildirib. TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş yaradacaq və Şərq-Qərb Orta Dəhlizinə yeni hissə əlavə edəcək. Nazir layihənin bütün Cənubi Qafqaz ölkələri üçün əlavə imkanlar yaradacağını vurğulayıb.
Əsas mənbə: APA
