Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzər və Qara dənizləri birləşdirəcək kabel layihəsinin texniki işlərinin, eləcə də texniki və maliyyə-iqtisadi əsaslandırmasının başa çatdığını bildirib. O, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Layihənin Qara dənizin dibi ilə Rumıniya sahillərinə, oradan isə Macarıstana və digər Avropa ölkələrinə uzanması nəzərdə tutulur. Bayramov mütəxəssislərin layihəni çoxşaxəli və maliyyə baxımından əlverişli saydığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə həyata keçirilən bu və digər layihələr Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.
Əsas mənbə: APA
