Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Nazirliyin başsağlığı məktubunda qəzanın Azərbaycanı dərindən kədərləndirdiyi bildirilib. Başsağlığı Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və həlak olan hərbçilərin ailələrinə ünvanlanıb. XİN hadisədən zərər çəkənlərə və onların yaxınlarına səbir və dözüm diləyib.
Əsas mənbə: APA
