Türkiyə nümayəndə heyəti Azərbaycanda hərbi təhsil əməkdaşlığını müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Türkiyə nümayəndə heyəti Azərbaycanda hərbi təhsil əməkdaşlığını müzakirə edib

Vətənim Media xəbər verir ki, Türkiyə Respublikası Milli Müdafiə Universiteti rektorunun müavini Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti tədris gəzintisi proqramı çərçivəsində Azərbaycana səfər edib. Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, heyət Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovla görüşüb.

Görüşdə hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub. Nümayəndə heyəti həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, Qənimətlər Parkına və Heydər Əliyev Mərkəzinə baş çəkib. Səfər proqramında Fəxri xiyabanın, Şəhidlər xiyabanının və Türk Şəhidliyinin ziyarəti də yer alıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗