Vətənim Media xəbər verir ki, noyabrın 25-də Ağstafanın Dağ Kəsəmən kəndində iki minik avtomobili toqquşub. APA-nın yerli bürosunun məlumatına görə, qəza “Mercedes” və “QAZ 24” markalı avtomobillərin iştirakı ilə baş verib.
Xəsarət alan dörd nəfər — üç kişi və bir qadın — Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. TƏBİB-in APA-ya verdiyi məlumata görə, 1959-cu il təvəllüdlü kişinin vəziyyəti ağır, digər üç nəfərin vəziyyəti isə orta ağırdır. Yaralıların müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.
Əsas mənbə: APA
