Kehl şəhərində bir ailənin beş üzvü dəm qazından ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kehl şəhərində bir ailənin beş üzvü dəm qazından ölüb

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Almaniyanın Kehl şəhərində erməniəsilli ailənin beş üzvünü yaşadıqları mənzildə ölü tapıblar. Ölənlər 46 yaşlı ata, 74 yaşlı nənə və 10, 13, 14 yaşlı üç uşaqdır.

Daha iki uşaq — 12 yaşlı oğlan və 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kritik olaraq qiymətləndirilir. Hadisə zamanı evdə olmayan anaya da tibbi yardım göstərilib. İlkin məlumatda hadisənin dəm qazından baş verdiyi bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗