İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları 2027-ci ildən yenilənir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları 2027-ci ildən yenilənir

Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti idman tədbirlərinin maliyyələşdirilməsi və təşkili xərclərinə dair qaydaları yeni redaksiyada təsdiqləyib. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, Gənclər və İdman Nazirliyi növbəti il keçiriləcək tədbirlər üçün tələb olunan vəsaitin ümumi hesablamasını cari il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Hesablamada iştirakçıların və tədbir günlərinin sayı, adambaşına düşən vəsait və ümumi xərc göstəriləcək.

Xaricdə keçirilən beynəlxalq yarışlarla bağlı nəqliyyat, iştirak, qeydiyyat, viza və sığorta xərcləri təsdiqedici sənədlər əsasında ödəniləcək. İdmançının zədələnməsi və ya digər üzrlü səbəbdən yarışda iştirak etməməsi halında, təyinatı üzrə xərclənmiş hissə çıxılmaqla, idmançı və məşqçi üçün ödənən vəsait geri qaytarılmalıdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗