Vətənim Media xəbər verir ki, “Daşkəsən Dəmir Filiz” MMC son günlər rəhbər şəxslərinin ad və fotolarından istifadə edilərək saxta profillərin yaradıldığını və kiberdələduzluq cəhdlərinin müşahidə olunduğunu bildirib.
Şirkətin məlumatına görə, profillərdən müxtəlif şəxslərlə əlaqə saxlanılır, rəhbər şəxslərin adından müraciətlər göndərilir və tapşırıqların yerinə yetirilməsi tələb olunur. MMC şübhəli müraciətlərə cavab verməməyi, naməlum keçidlərə daxil olmamağı, faylları açmamağı və şəxsi və xidməti məlumatları paylaşmamağı tövsiyə edib.
Şirkət belə müraciətlərin həqiqiliyinin əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə yoxlanılmasını, yazışma və digər sübutların saxlanılaraq şirkətə və aidiyyəti hüquq-mühafizə orqanlarına bildirilməsini xahiş edib.
Əsas mənbə: APA
