ABŞ hərbçiləri Ayovada 4,5 ton qurğuşun azidini məhv edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ hərbçiləri Ayovada 4,5 ton qurğuşun azidini məhv edib

Vətənim Media xəbər verir ki, “Associated Press”in məlumatına görə, ABŞ hərbçiləri Ayova ştatının Midltaun şəhərindəki zavodda 4,5 ton qurğuşun azidini nəzarətli partlayışla məhv ediblər. Əməliyyat zamanı iki ağ tüstü buludu yaranıb və qısa müddətdə dağılıb. Müşahidəçilərə partlayış yerinə 6,4 kilometrdən artıq yaxınlaşmağa icazə verilməyib.

ABŞ ordusu zavodda saxlanılan 68 çəllək zəhərli maddəni noyabrın 20-də məhv etməyi planlaşdırırdı. Ekofəalların ətraf mühitə təhlükəli birləşmələrin yayılmasından narahat olaraq məhkəməyə müraciət etməsindən sonra əməliyyat müvəqqəti dayandırılmışdı. ABŞ Ədliyyə Nazirliyi noyabrın 22-də ordunun fövqəladə səlahiyyətlər əsasında utilizasiya işlərini aparmaq hüququ olduğunu açıqlayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗