Vətənim Media xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycanı ölkəsinin strateji tərəfdaşı adlandırıb. O, bunu Birinci kanalın “Günün mövzusu” proqramına müsahibəsində deyib.
Boçorişvilinin sözlərinə görə, qlobal çağırışlar və geosiyasi reallıqlar fonunda iki ölkə arasındakı münasibətlərin dinamikası və potensialı daha böyük əhəmiyyət kəsb edir. Nazir müntəzəm fikir mübadiləsinin, davamlı əməkdaşlığın və intensiv siyasi dialoqun vacibliyini vurğulayıb.
Əsas mənbə: APA
