Kuşner: ABŞ və Rusiya qarşılıqlı təhlükə hissini azaltmağı müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kuşner: ABŞ və Rusiya qarşılıqlı təhlükə hissini azaltmağı müzakirə edib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya ilə tərəflərin bir-birindən təhlükə hiss etməməsi üçün atıla biləcək addımları müzakirə etdiklərini bildirib. O, bunu “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında deyib.

Kuşnerin sözlərinə görə, Moskva NATO-nu şərqə doğru genişlənən və təxribatçı xarakter daşıyan qüvvə kimi qiymətləndirir. O, Ukraynadakı münaqişənin uzun illər ərzində liderlərin yol verdiyi anlaşılmazlıqlar, yanlış qərarlar və səhv hesablamalar nəticəsində yarandığını söyləyib. Kuşner bildirib ki, məqsəd yalnız atəşkəsə nail olmaq deyil, davamlı sülh üçün şərait yaratmaqdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗