İran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər

Vətənim Media xəbər verir ki, İranın Müstəqil Dövlətlər Birliyinə (MDB) “MDB+” formatında qoşulması məsələsi hazırda müzakirə olunur. MDB-nin baş katibi Sergey Lebedev APA-ya açıqlamasında bildirib ki, İran bu statusu əldə edən ilk dövlət ola bilər.

Lebedevin sözlərinə görə, oktyabrın 9-da Türkmənistanın Avaza turizm zonasında keçirilən sammitdə İran Prezidenti Məsud Pezeşkian iştirak edib və ölkəsinin “MDB+” formatında əməkdaşlığa başlamaq istədiyini bildirib. İranın bu formata qoşulması ilə bağlı münasibətin əsasən müsbət olduğunu deyən baş katib qeyd edib ki, hazırda ölkəyə statusun verilməsi məsələsi həll olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗