Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialında maarifləndirmə tədbiri keçirib. FHN-in mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, tədbirdə filial əməkdaşlarına fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin mühafizəsi və təxliyəsi barədə biliklər aşılanıb.
İştirakçılara yanğın və zəlzələ zamanı təhlükəsizlik qaydaları, eləcə də ölkə üçün xarakterik olan fövqəladə hallar barədə məlumat verilib. Tədbirdə müzakirələr aparılıb və suallar cavablandırılıb.
Əsas mənbə: APA
