Vətənim Media xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay-Bakı reysi ilə gələn Hindistan vətəndaşının üzərində yoxlama aparıblar.
Dövlət Gömrük Komitəsinin APA-ya verdiyi məlumata görə, gömrük nəzarətindən gizlədilən iki boyunbağı aşkarlanıb. Onlar 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanıb. Zinət əşyalarının ümumi dəyəri 166 min 610 manatdır.
Əsas mənbə: APA
