Xətai rayonunda mənzildəki yanğın 10 kvadratmetr sahəyə yayılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xətai rayonunda mənzildəki yanğın 10 kvadratmetr sahəyə yayılıb

Vətənim Media xəbər verir ki, Xətai rayonunda, İlqar Zülfüqarov küçəsi, 89 ünvanındakı doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğını qısa müddətdə söndürüb. Ümumi sahəsi 81 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 10 kvadratmetr sahədə yanar konstruksiyalar zədələnib. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗