Vətənim Media xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə ağacların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəni 2022-ci ildən birgə həyata keçirir.
Layihə üzrə ölkədə 212 mindən çox ağaca fərdi QR kodlu nişan vurulub. Tətbiqdə istifadəçilər ağacların xəritədə yerini və rəqəmsal məlumatlarını görə, zədələnmiş və ya qulluğa ehtiyacı olan ağac barədə foto əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Tətbiq hazırda iPhone istifadəçiləri üçün əlçatandır.
Əsas mənbə: APA
