Aİ ilə Ümumi Aviasiya Məkanı sazişinin yekunlaşdırılması üçün səylər artırılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Aİ ilə Ümumi Aviasiya Məkanı sazişinin yekunlaşdırılması üçün səylər artırılacaq

Vətənim Media xəbər verir ki, noyabrın 26-da Bakıda keçirilən Azərbaycan–Avropa İttifaqı Yüksək Səviyyəli Nəqliyyat Dialoqunda Ümumi Aviasiya Məkanı haqqında saziş üzrə danışıqlar müzakirə olunub. Tərəflər sənədin yekunlaşdırılması istiqamətində səyləri artırmaq barədə razılığa gəliblər.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinskanın həmsədrlik etdiyi görüşdə Orta Dəhliz, Bakı Limanının və Naxçıvan dəmir yolunun inkişafı, eləcə də Trans-Avropa Nəqliyyat Şəbəkəsinin Azərbaycan üzrə genişləndirilməsi müzakirə olunub. Növbəti dialoq 2027-ci ildə Brüsseldə keçiriləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗