Vətənim Media xəbər verir ki, APA-nın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.
Müdafiə tərəfinin vəkili iş materialları ilə tanış olmaq üçün vaxt istədikdən sonra iclas təxirə salınıb. Növbəti iclas dekabrın 14-nə təyin edilib. Musayev məhkəmə iclasında iştirak edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Musayevin xidmət yerində olmadığı və yerinin müəyyən edilmədiyi barədə 2026-cı il sentyabrın 26-da məlumat yayılıb. Hərbi Prokurorluqda aparılan araşdırmada onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib. Ermənistan məhkəməsinin qərarı ilə o, həbs olunub.
Əsas mənbə: APA
