Vətənim Media xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycan 896 583,57 ton neft məhsulu ixrac edib. İxracın dəyəri 661 milyon 180,72 min ABŞ dolları olub.
APA-nın Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında apardığı hesablamaya görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,02 dəfə, həcmi isə 52,5 faiz artıb. Neft məhsulları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur; müəssisədə yenidənqurma və modernləşdirmə işləri aparılır.
Əsas mənbə: APA
