İraqda neft qaçaqmalçılığı araşdırmaları üzrə yüksək vəzifəli məmurlar işdən çıxarıla bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İraqda neft qaçaqmalçılığı araşdırmaları üzrə yüksək vəzifəli məmurlar işdən çıxarıla bilər

Vətənim Media xəbər verir ki, “Al-Sumaria” telekanalının məlumatına görə, İraqın Baş naziri Əli əz-Zeydinin müşaviri Əbdül Əmir ət-Tayban neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar çərçivəsində yaxın günlərdə bir sıra yüksək vəzifəli şəxslərin işdən çıxarılmasının gözlənildiyini bildirib.

Ət-Taybanın sözlərinə görə, hökumət və məhkəmə orqanları üçün bu məsələdə “qırmızı xətt” yoxdur. O, indiyədək vəzifədən azadetmələrin görüləcək tədbirlərin yalnız bir hissəsi olduğunu, araşdırmalar başa çatdıqca yeni istefaların ola biləcəyini deyib.

Müşavir bildirib ki, araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altındadır. Cinayətlərdə iştirak etdiyi bildirilən şəxslərin adlarını açıqlamaq səlahiyyəti isə məhkəmə hakimiyyətinə məxsusdur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗