Vətənim Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynanın gələcək maliyyələşdirilməsi ilə bağlı şübhə və narahatlıq yaratmamağa çağırıb. APA-nın məlumatına görə, o, bunu Avropa İttifaqı liderlərinin qurumun növbəti yeddiillik büdcəsi üzrə danışıqlarından sonra keçirilən mətbuat konfransında deyib.
Makron Fransada prezidentliyə bəzi namizədlərin Ukraynaya Avropa yardımının və maliyyə dəstəyinin məhdudlaşdırılması çağırışlarını şərh etməkdən imtina edib. O, Parisin Avropa İttifaqı səviyyəsində siyasi təşəbbüslərə və Ukraynaya hərbi yardıma həlledici töhfə verdiyini, lakin Fransanın maliyyə töhfəsinin ən böyük olmadığını bildirib.
Fransa Prezidenti Ukraynadakı münaqişənin Avropa sakinlərinin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb və Kiyevə dəstəyin davam etdiriləcəyini qeyd edib.
Əsas mənbə: APA
