Vətənim Media xəbər verir ki, Milli Məclisdə malların təhlükəsizlik tələblərinin onların insan sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsinə uyğun müəyyən edilməsini nəzərdə tutan dəyişikliklər müzakirə olunub.
Layihəyə əsasən, təhlükə dərəcəsi elmi və texniki məlumatlar, istehsal texnologiyaları və malların nəzərdə tutulan istifadəsi nəzərə alınaraq qiymətləndiriləcək. Uyğunluq sertifikatı və ya bəyannaməsinin tələb olunması da texniki reqlamentdə göstəriləcək. Qanunlarda “risk səviyyəsi” ifadəsinin “təhlükəlilik dərəcəsi” ilə əvəzlənməsi, “orta riskli mallar” ifadəsinin isə çıxarılması təklif edilir.
Dəyişikliklər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara aiddir. Layihə Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib.
Əsas mənbə: APA
