Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana ATƏT-ə sədrlik üçün namizədliyini irəli sürməyin təklif olunduğunu bildirib. O, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Bayramovun sözlərinə görə, son həftələrdə məsələ ilə bağlı məsləhətləşmələrə başlanıb. Konsensus əldə etmək üçün ayrı-ayrı illərə aid sədrliyin bir namizəd əvəzinə vahid paket şəklində razılaşdırılması təklifi də müzakirə olunur. Azərbaycanın adı belə bir paketdə yer alıb. Nazir ölkəsinin təşkilatın gələcəyinə töhfə verməyə hazır olduğunu deyib, lakin nəticə barədə indidən fikir bildirməyib.
Əsas mənbə: APA
