Azərbaycan və BMT dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetlərini müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan və BMT dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetlərini müzakirə edib

Vətənim Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə dayanıqlı inkişaf sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə nazir “X” hesabında paylaşım edib.

Cabbarov bildirib ki, görüşdə əməkdaşlığın hazırkı vəziyyəti və növbəti mərhələnin prioritetləri nəzərdən keçirilib. İqtisadi şaxələndirmə, yaşıl iqtisadiyyata keçid, rəqəmsal transformasiya, sahibkarlığın və insan kapitalının inkişafı üzrə birgə layihələrin imkanları barədə fikir mübadiləsi aparılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗