Vətənim Media xəbər verir ki, dekabrın 3-də Nizami Kino Mərkəzində “Buralar” layihəsinin ilk filmi olan “Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək. Layihəyə rəhbərlik edən və filmin müəllifi səyyah və jurnalist Azər Qəribdir.
Film Şamaxının tarixi, ənənələri və müasir inkişafını, o cümlədən Cümə məscidini, astronomiya irsini, üzümçülük və şərabçılıq mədəniyyətini, turizm imkanlarını əhatə edir. “Nəsimi Bağları” kompleksi də filmdə müasir Şamaxının diqqətçəkən məkanlarından biri kimi təqdim olunur.
Əsas mənbə: APA
