Vətənim Media xəbər verir ki, ötən gecədən başlayaraq Şamaxının Dəmirçi və digər dağlıq kəndlərində, İsmayıllının dağətəyi yaşayış məntəqələrində güclü qar yağıb.
Qəbələnin Laza, Duruca və Qəmərvan kəndlərində də intensiv qar müşahidə olunub. APA-nın Şirvan bürosunun məlumatına görə, Qəbələnin bəzi ərazilərində qar yağışı davam edir. Havanın temperaturu kəskin aşağı düşüb.
Əsas mənbə: APA
