Vətənim Media xəbər verir ki, Azərbaycanda 9 noyabr Dövlət Bayrağı Günü qeyd olunur. Üçrəngli bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə dövlət rəmzi kimi qəbul edilib.
1990-cı il noyabrın 17-də, Heydər Əliyevin təşəbbüsü ilə, bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib. 2009-cu ildə imzalanan sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü kimi təsis olunub və bu tarix qeyri-iş günüdür.
Əsas mənbə: APA
