Vətənim Media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti keçirilib. Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin APA-ya verdiyi məlumata görə, proqramda vətənpərvərlik mahnıları və müxtəlif səhnə çıxışları təqdim olunub.
Konsertdə iştirak edən sakinlər Zəfər Gününün sevincini və qürurunu birlikdə qeyd ediblər. Proqramdan sonra şəhər səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.
Əsas mənbə: APA
