Xankəndidə Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xankəndidə Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib

Vətənim Media xəbər verir ki, noyabrın 8-də Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət təşkil olunub.

APA-nın məlumatına görə, ziyafətdə konsert proqramı təqdim edilib. Daha sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları və ailə üzvləri incəsənət xadimləri, Vətən Müharibəsi qəhrəmanları, eləcə də “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunmuş hərbi qulluqçularla görüşüb və birgə foto çəkdiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗