ABŞ Venesuelada 63,7 milyard barel ehtiyatı olan yataqlara çıxış əldə edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ Venesuelada 63,7 milyard barel ehtiyatı olan yataqlara çıxış əldə edir

Vətənim Media xəbər verir ki, “The Washington Post”un məlumatına görə, Venesuelalı milyarder Alexandro Betankur Donald Tramp administrasiyasının ölkənin neft sektorundakı əsas tərəfdaşlarından birinə çevrilib. Nəşr yazır ki, Betankur Ağ Evin dəstəyi ilə neft biznesi qurur və ümumi ehtiyatı 63,7 milyard barel olan yataqlar üzərində hüquqlar əldə edib.

Məlumata görə, razılaşmaya əsasən ABŞ tərəfi Betankurun “North American Blue Energy Partners” şirkətində 35 faiz pay alacaq. ABŞ şirkətin hasil etdiyi neftin 20 faizini bir barel üçün 30 dollar qiymətə almaq imkanı da əldə edəcək. “The Washington Post” bu qiymətin mövcud bazar dəyərinin üçdəbirindən aşağı olduğunu qeyd edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗