Cevad Prekazi 69 yaşında vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Cevad Prekazi 69 yaşında vəfat edib

Vətənim Media xəbər verir ki, “Qalatasaray”ın sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib. İstanbul klubu onun ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”da çıxış edib. Klubla iki dəfə Türkiyə çempionu olub, ölkə kubokunu bir, Superkuboku isə üç dəfə qazanıb. Karyerasında “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da oynayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗