Vətənim Media xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrində “Mercedes Vito” markalı sərnişin avtomobili aşıb. APA-nın Şirvan bürosunun məlumatına görə, Bakı sakini, 1954-cü il təvəllüdlü sürücü Rəşid Məmmədov idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Avtomobildəki altı nəfərdən 1965-ci il təvəllüdlü Şərqiyə Məmmədova ölüb, 1956-cı il təvəllüdlü Şəfiqə Məmmədova xəsarət alıb. Məlumata görə, yaralanan sürücünün həyat yoldaşı, həyatını itirən isə onun qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı qohumdur və əslən Qax rayonundandır.
Əsas mənbə: APA
