Vətənim Media xəbər verir ki, APA-nın təhlilində təhsil eksperti Elmin Nuri Dövlət İmtahan Mərkəzinin imtahan modelini təkmilləşdirmə prosesinin bir neçə ildir davam etdiyini bildirib. Onun sözlərinə görə, qapalı testlərlə yanaşı açıq və situasiya tipli suallar, xarici dil üzrə dinləmə, danışıq və esse bacarıqlarının qiymətləndirilməsi də tətbiq olunur.
Nuri hesab edir ki, imtahan sualları məktəb proqramına və məzmun standartlarına uyğun hazırlanmalı, eyni zamanda məktəbin fəaliyyəti yalnız imtahan tələbləri ilə məhdudlaşmamalıdır. O, məktəb proqramı ilə imtahanlar arasında tarazlığın şagird, müəllim və valideynlər üçün vacib olduğunu, bu tarazlıq olmadıqda repetitorların qazandığını deyib.
Ekspert SAT, IELTS və TOEFL nəticələrinin yerli universitetlərə qəbulda tanınmasını məqsədəuyğun sayıb. Onun fikrincə, bunun tətbiqi universitetlərin səviyyəsindən asılıdır.
Əsas mənbə: APA
