Vətənim Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd edən kommersiya gəmisi hərəkətsiz vəziyyətə salınıb.
CENTCOM bildirib ki, Palau bayrağı altında üzən “M/V Pacific Archer” Bəndər-Abbas limanından çıxıb. Heyətə dəfələrlə xəbərdarlıq edilsə də, gəmi blokadanı yarmağa cəhd göstərib. ABŞ hərbi təyyarəsinin gəminin arxa hissəsinə endirdiyi zərbələr nəticəsində onun hərəkət sistemi sıradan çıxıb. Mülki heyət üzvləri xəsarət almayıb.
Əsas mənbə: APA
